Evdən çıxmadan öncə heç nəyi unutmamaq üçün nə etmək olar

Biz, müasir insanlar üçün səhər saatları və dəqiqələri günün ən çətin vaxtıdır. Hər gün yuxudan duran kimi marafona yenidən başlayırıq - hazırlaşmaq, tez duş qəbul etmək, səhər yeməyi yemək, uşaqları məktəbə hazırlamaq, bütün elektrik cihazları, qazı və s. söndürmək və işə qaçmaq. İlk görünüşdə, insanın hər şeyin çoxdan avtomatik olaraq yerinə yetirdiyi və buna görə də nəyisə unutmağın mümkün olmadığı gəlsə də, yolda “bəs ütünü söndürdüm? qapını bağladımmı?” kimi suallar yaranmağa başlayır. Evdən çıxan zaman narahatlıq hissindən necə yaxa qurtarmaq olar? Necə heç yerə gecikmədən hər şeyi çatdırmaq olar? Qayğıkeş ananın sadə məsləhətləri şübhəsiz ki, həyatını asanlaşdıracaq.

Etdiyini səsləndir! İkinci Dünya Müharibəsi zamanı psixoloqlar Amerikalı təyyarəçilərə öz hərəkətlərini ucadan səsləndirməyi məsləhət görürdülər. Hər şey avtomatik olaraq yerinə yetirdikdə, nəyisə nəzərdən qaçırmaq riski böyükdür. Ona görə də işə hazırlaşarkən etməli olduğun hər şeyi ucadan səsləndir: ütünü söndürdüm, işığı söndürdüm və s. Bu zaman sən bütün bunlara bir neçə saniyə sərf edəcək, əvəzində isə bütün gün ərzində rahatlıq qazanacaqsan.

Oxu! Bu, istənilən melodiya və sözlər və ya sadəcə “lya-lya-lya” ola bilər. Səsinin hansı dərəcədə yüksək olacağı isə sənin istəyindən və imkanlarından asılıdır. Yeganə şərt zümzümə etdiyiniz melodiyaya konkret görülən işlər barədə sözlər daxil etməkdir. Məsələn: “Lya-lya-lya, qazı söndürdüm, lya-lya-lya, buraxılış vərəqəsini götürdüm” və s. Bu üsul yaddaşı gücləndirir.

Planlaşdır! Taym-menecment və ya vaxtın idarə edilməsi indi çox məşhurdur. Səhər lazım olacaq hər şeyi axşamdan hazırlamağı vərdişə çevir. Paltarları ütülə, ayaqqabını təmizlə, təmiz dəsmal hazırla. Səhər digər çanta götürməyi planlaşdırırsansa buraxılış vərəqəsini, pul kisəsini, kosmetika çantasını həmin çantaya qoy. Bunları etdikdən sonra səhər evdən çıxmadan öncə yalnız hər ehtimala qarşı bütün otaqlara bir dəfə nəzər salmaq qalacaq.

Stereotipləri qır! Əgər sən ofisin və ya maşının açarlarını daim unudursansa onları ayaqqabına qoymağı sına! Səhər ayaqqabılarını geyinərkən onları unutmaq şansı sıfıra enəcək. Giriş qapısının içəri tərəfində rəngli böyük qarmaqcıq quraşdıra və açarları ora asa bilərsən və ya soyuducunun qapısına xatırlatma kağızı yapışdır.

Ehtiyatlı ol! Nəyisə unutmaq riskini maksimum dərəcədə aşağı salmağa çalış. Əgər ütünü söndürməyi unutmaqdan qorxursansa bütün paltarları axşamdan ütülə. Əgər sobanı söndürmək qorxun varsa, çilingərdən yarım saatdan sonra hər şeyi söndürəcək taymer quraşdırmağı xahiş et.

Tənbəllik etmə! Evdən çıxmadan öncə öz səhvlərini tapmaq üçün bütün otaqlara nəzər sal. Bütün məişət elektrik cihazları, sobanı, işığı söndürüb-söndürmədiyini, açarı götürüb-götürmədiyini mütləq yoxla və yalnız bundan sonra qapını bağlayıb, rahat olmaq üçün onu bir-iki dəfə çəkərək yoxla. Bunları etdikdən sonra ürək rahatlığı ilə işə gedə bilərsən: sən heç bir şey unutmamısan.
Evdən çıxmadan öncə ediləcək hərəkətlər:
• bütün otaqlarda - soba, çaydan, televizor, kompüter, paltaryuyan maşın, ütü, işıq və s. söndürdüyünü,
• pəncərələrin və balkon qapılarının bağladığını,
• suyun bağlı olduğunu,
• giriş qapısının bağlı olduğunu yoxlamaq.

Ana məsləhətləri