Yolu necə keçməliyik?

Hər birimiz, şəxsi maşınımızın olub-olmamasından asılı olmayaraq, tez-tez yolun bir üzündən o biri üzünə keçməli oluruq. Təəssüf ki, bu heç də hər zaman təhlükəsiz olmur. Çoxsaylı diqqətsiz və ehtiyatsız sürücülər piyada keçidinin qarşısında maşını saxlamaya, yaxud son anda sükanı qəfil çevirərək başqa bir nəqliyyat vasitəsi ilə toqquşa bilərlər. Bəzi hallarda isə piyadalar özləri yolu keçərkən təhlükəsizlik qaydalarına riayət etmir. Gəl, sənin yolu düzgün keçib-keçmədiyini Qayğıkeş ana ilə birlikdə yoxlayaq.

Adi keçid qaydalarından istifadə et. Yolu keçməzdən əvvəl bir neçə dəfə ətrafa bax. Həmişə keçiddən istifadə et. Piyada keçidi yoxdursa, yol tənzimləyicisinə və ya işıqfora yaxınlaş. Bu tənzimləyicilərdən heç biri olmadıqda, vəziyyəti özün təhlil et, bu yerdə keçidin təhlükəsizliyinə, yol hərəkətinin digər iştirakçılarının səni görə biləcəklərinə və sənin hərəkətlərinin onlara maneə törətməyəcəyinə əmin ol.

Heç vaxt yolu qadağan olunan yerlərdən keçmə. Birinci ona görə keçmə ki, sürücülər kiminsə yolu qadağan olunan yerdən keçəcəyini gözləmirlər. Xüsusən, döngədən dondükdə onların sənin hərəkətinə reaksiya verməsi üçün çox az vaxtları olur. İkinci səbəb odur ki, bu, qanun pozuntusudur və buna görə səni cərimələyə bilərlər.

Yol kəsişməsinə yaxınlaş. Əgər yolda piyada keçidi yoxdursa, yol kəsişmələrindən uzaqda yolu keçmə. Kəsişməyə yaxınlaşdıqda dayan. Bütün sürücülər səni görməli və yolu keçmək niyyətində olduğunu bilməlidirlər.

Sürücünün səni gördüyünə əmin ol. Küçə boyunca qaçma. Sürücülər sənin qaçmağa başladığını görməyə macal tapa bilməzlər. Yadda saxla ki, yaxınlaşan nəqliyyat vasitələrinin səsinə diqqət yetirməlisən. Əgər sürücülər yolu keçməyini imkan yaradıbsa, yolu tez keç və bu zaman üzünü onlara tut. Lazım olduqda, qaç.

Əgər maşınlar səndən əvvəl gediblərsə, digər maşınların olub-olmadığını müəyyən etmək lazımdır. Yolla digər sürücülər də hərəkət etdikdə, birinci və ikinci addımları təkrar etmək lazımdır. Çox güman ki, onlar sənin yolu keçməyinə imkan yaradacaqlar, çünki yolu keçmək üçün gözlədiyini görüblər.

Yolu uşaqla birlikdə keçdikdə yadda saxla ki, uşaq böyüyə etibar edir və hərəkəti izləmir. Odur ki, böyük adam uşağın əlindən bərk-bərk tutmalıdır. Yadda saxla ki, uşaq valideynlərin və onu müşayiət edən digər böyüklərin hərəkətini təqlid etməklə yolu keçmək qaydalarını öyrənir. Yolda davranış qaydalarını uşağa mümkün qədər tez bir zamanda öyrətmək, adi qaydaları ona başa salmaq və ona nümunə olmaq lazımdır.

Ana məsləhətləri